Әl-Әnbar şǝhǝrindǝ hǝyata keçirilǝn ǝmǝliyyatlarda 72 terrorçu ö

İraqın Әl-Әnbar şǝhǝrindǝ terror tǝşkilatı DEAŞ-a istiqamǝtli hǝyata keçirilǝn ǝmǝliyyatlarda 72 terrorçu ölüb.

294180
Әl-Әnbar şǝhǝrindǝ hǝyata keçirilǝn ǝmǝliyyatlarda 72 terrorçu ö

İraqın Әl-Әnbar şǝhǝrindǝ terror tǝşkilatı DEAŞ-a istiqamǝtli hǝyata keçirilǝn ǝmǝliyyatlarda 72 terrorçu ölüb.
Әl-Әnbara bağlı Hadisǝ qǝsǝbǝsinin rǝsmisi Әbdülhakim Әl-Cuğeyfi DEAŞ-a mǝxsus 10 hǝrbi maşından ibarǝt karvanın bölgǝyǝ girmǝyǝ cǝhd etdiyi ǝsnada koalisiya qüvvǝlǝrinin hava hücumuna mǝruz qaldığını bildirib.
Әl-Cuğeyfi hücum nǝticǝsindǝ 57 DEAŞ terrorçusunun öldürüldüyünü vǝ zirǝhli texnikanın da tǝxrib edildiyini söylǝyib.
Tǝhlükǝsizlik qüvvǝlǝri Ramadinin şǝrqindǝki Cisru’s-Sadikiyyǝ bölgǝsindǝ yaranan toqquşmalarda 15 DEAŞ terrorçusunun öldürüldüyünü açıqlayıb.
Suriyada isǝ Şam cǝbhǝsinǝ mǝnsub müxalifǝt Hǝlǝbin şimalındakı Mari qǝsǝbǝsindǝ DEAŞ terrorçularına katyuşa raketlǝrilǝ hücum edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr