"İran "Türk axını"ndan istifadǝ edǝ bilǝr"

İran Milli Qaz Şirkǝtinin Beynǝlxalq Әlaqǝlǝr müdiri Әzizullah Rǝmazani ölkǝsinin tǝbii qazını Avropaya daşımaq üçün “Türk axını”ndan istifadǝ edǝ bilǝcǝyini söylǝyib.

292288

Rus mediasından RIA-Novostinin xǝbǝrinǝ ǝsasǝn Rǝmazani deyib ki, tǝbii qazımızı Avropaya daşımaq üçün “Türk axını” boru kǝmǝrindǝn istifadǝ edǝ bilǝrik, bu mümkündür ancaq bununla bağlı görüşlǝr hǝlǝ keçirilmǝyib. Rusiya vǝ Türkiyǝnin boru kǝmǝrlǝrinin Avropaya çatdığı nöqtǝ hǝmin zamanda qaz boru kǝmǝrlǝrinin Avropaya çatdığı nöqtǝ ola bilǝr.
İranın Avropaya qaz nǝqliyyatı üçün Türkiyǝ ilǝ yanaşı Qara dǝniz, Suriya, İraq vǝ Aralıq dǝnizini dǝ dǝyǝrlǝndirdiklǝrinǝ diqqǝt çǝkǝn Rǝmazani bildirib ki, İrana Avropa ölkǝlǝri tǝrǝfindǝn tǝtbiq edilǝn sanksiyalar lǝğv edilǝcǝyi tǝqdirdǝ müzakirǝlǝr üçün ilk addım atılacaqdır.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr