"Azad Qüds Yürüşü"

Qəzzaya humanitar yardım daşıyan Mavi Mərmərə gəmisinə İsrail әsgәrlәrinin etdiyi hücumun 5-ci ildönümündә "Azad Qüds Yürüşü" təşkil edilib.

299702
"Azad Qüds Yürüşü"


31 May 2010-cu ildә İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfi tərəfindən Qəzzaya humanitar yardım daşıyan Mavi Mərmərə gəmisinə İsrail әsgәrlәrinin etdiyi hücumun 5-ci ildönümündә "Azad Qüds Yürüşü" təşkil edilib.
İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfinin rәhbәri Bülent Yıldırım hadisәnin ildönümü münasibәtiylә verdiyi açıqlamada, İsrailin Mavi Mәrmәrә gəmisinə xüsusi tәyinatlı qüvvәlәrlә hücum etdiyini xatırladıb. "Silahsızdık, hümanitar yardım aparırdıq, yetim uşaqları sevindirәcәkdik. Bütün dünya bizim yanımızdaydı. BMT bu barәdә açıqlama vermişdi. Avropa Parlamenti bizim haqlı olduğumuzu söyləmişdi. Fələstinin sahil sularına daxil olmamışdıq ki bizə hücum etdilər. Hücum saat yarım davam etdi. İstəsəydik 100 İsrail əsgərini öldürebilirdik. Amma gəminin lideri olaraq belә bir tәlimat vermәdim. Ölsək də öldürmeyecekdik. Əllərindəki silahları, bombaları aldıq. Yaralı İsrail əsgərlərini belə müalicə etdik. Amma onlar pis әmәllәrindәn imtina etmiyәrәk bizә ateş etdilәr " deyә Yıldırım vurğulayıb.
Yıldırım, İsrailin Humanitar yardım gəmisi Mavi Mərmərə hücumu ilә daha da yalnızlığa mәhkum olduğunu sözlәrinә әlavә edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr