Yəmənә bomba yağdırlıb

Hadisə nəticəsində 40 nəfər həyatını itirib 100 nəfər yaralanıb.

294607
Yəmənә bomba yağdırlıb

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Yəmənin paytaxtı Sənaya təşkil etdiyi avia hücumlar nəticəsində 40 nəfərin öldüyü, ən az 100 nəfərin yaralandığı bildirilir. Məlumata görə koalisiya təyyarələri Sənada Husilərin ələ keçirdiyi polis bölməsini hədəf alıb.

Təyyarələr ölkənin cənubundakı Hudey şəhərində də husi silahlılarının əlində olan Hudey Universiteti Tibb Fakültəsi binası ilə bir evi bombalayıb. Marib şəhərində isə Xalq Müqavimət qüvvələri ilə üsyançılar arasında qarşıdurmaların yaşandığı və husilərin 3-cü hərbi bölgədən geri çəkildiyi bildirilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr