Taliban xariciləri hədəf alan hücumlarını artırıb
Taliban Təşkilatı, “Kabilin ən etibarlı bölgəsində xaricilərin qaldığı bir otelə hücum edib.
Əfqanıstanın paytaxtı Kabil şəhərində hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonundakı otelə hücum edən silahlılardan 4-ü öldürülüb.
Bütün gecə davam edən qarşıdurmalardan sonra təhlükəsizlik gücləri bölgədə tədbirlərini artırıb. Taliban Təşkilatı isə, “Kabilin ən etibarlı bölgəsində xaricilərin qaldığı bir otelə hücum edərək, buradakı bütün xariciləri öldürdüklərini” bildirib.
Qeyd edək ki, təşkilat, son həftələrdə, xariciləri hədəf alan hücumlarını artırıb. Paytaxt Kabildə 2 həftə öncə də, otellərin birində 14 xarici öldürülmüşdü.
Bu arada BMT isə ilin ilk 4 ayında Əfqanıstanda Taliban tərəfindən öldürülənlərin 3 min nəfərdən çox olduğunu açıqlayıb.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.