ABŞ-dan DEAŞ-la mübarizədə İraqa tam dəstək

İraqdakı prosesləri yaxından təqib edən Vaşinqton rəhbərliyi terror təşkilatı DEAŞ-ın Ramadini ələ keçirməsindən narahatlıq duyduğunu dilə gətirib.

281025
ABŞ-dan DEAŞ-la mübarizədə İraqa tam dəstək

  Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Ağ Evdə Milli Təhlükəsizlik Şurası nümayəndələrilə bir araya gələrək DEAŞ-ın Suriya və İraqda irəliləməsi haqqında məlumat alıb.

  Yığıncaqda DEAŞ-la mübarizədə yeni üsullar müzakirə edilib.

  Milli Təhlükəsizlik Şurasının katibi Elister Beskin (Alistair Baskey) sözlərinə görə, gündəmdə Ramadinin geri alınması üçün İraqa daha çox silah göndərilməsinin vacibliyindən danışılıb, eyni zamanda, İraq ordusunun hərbi təlimlərinə səyləri artırmaqdan bəhs olunub.

  Elister Besk, başda prezident Obama olmaqla, Ağ Evin DEAŞ-la mübarizədə Heydər əl-Abadi rəhbərliyinə tam dəstək verdiyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr