"İranla açıq çəkişmə heç kimin xeyrinə deyil", B.Obama
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının nümayəndələrilə iki günlük “Kemp Devid” (Camp David) Zirvə Toplantısında iştirak edib.
Sammitin ilk gününə Ağ Saray ev sahibliyi edib, ikinci günün ünvanı isə Kem Devid (Camp David) olub.
Vaşinqton rəhbərliyi toplantıda iştirak edənlərin 6 ölkənin İranla nüvə müzakirələrində əldə olunan razılaşmaya istiqamətli mənfi fikirlərini aradan qaldırmağa çalışıb.
Körfəz ölkələri “Sanksiyalar qalxarsa, İran əldə edəcəyi gəlirləri bölgədəki stabilliyin zərərinə istifadə edə bilər” deyə narahatlıqlarını dilə gətiriblər.
Obama isə bildirib ki, “Elə sanksiyaların aradan qaldırılmasının məqsədi İranı əks hərəkətlərdən uzaq etməkdir. Ümumiyyətlə, İranla ucu açıq bir çəkişmə heç kimin xeyrinə deyil”.
Eyni zamanda, Obama ərəbləri arxayın salaraq bu sözü verib: “İran tərəfindən iştirakçı ölkələrdən hər hansı birinin ərazi bütövlüyünə istiqamətli təhdid və hərbi güc tətbiq olunarsa, ABŞ Körfəz ərəb dövlətlərinin tərəfində olacaq”.
Obama Suriyada Əsədsiz hökumətə doğru bir keçidin də vacibliyini təkrar edərək “Mənim istəyim Suriyanın kimyəvi silahlardan istifadə etmədiyinə əmin olmaqdır və buna görə beynəlxalq təşkilatlar hərəkətdədir” deyib.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri