ABŞ Nümayəndələr Palatasında İrana dair qərar

Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatası Konqresə İranla nüvə müzakirələrində ərsəyə gələcək son müqaviləyə təsdiq və ya rədd haqqı verən layihəni yekdilliklə qəbul edib.

275348
ABŞ Nümayəndələr Palatasında İrana dair qərar

  Keçən həftə Senatın Baş İdarəsində qəbul edilən layihəyə son olaraq Nümayəndələr Palatasında baxılıb, 25-ə qarşı 400 səslə qəbul edilib.

  Konqresin hər iki qanadından keçən layihə imzalanmaq üçün prezident Barak Obamaya təqdim olunacaq.

  Qeyd edək ki, Obama əvvəl nüvə müzakirələrinin davam etdiyi bir zamanda Konqresin İranla bağlı hər hansı bir layihə qəbul etməsinə şiddətlə qarşı çıxmışdı, amma sonra iki partiyanın – Demokratlar və Respublikaçılar partiyalarının da razılaşacağı təqdirdə hazırlanan yeni versiyanı dəstəkləyəcəyini bildirmişdi. Buna görə Barak Obamanın bu layihəni təsdiqləyib imzalaması gözlənilir


Etiketlәr:

Әlaqәli Xәbәrlәr