"İraqın tǝhlükǝsizliyi vǝ sabitliyi ölkǝm üçün böyük ǝhǝmiyyǝt d

İraq prezidenti Fuad Mǝsum Tehrana sǝfǝri zamanı Hǝsǝn Ruhani ilǝ bir araya gǝlib.

273284
"İraqın tǝhlükǝsizliyi vǝ sabitliyi ölkǝm üçün böyük ǝhǝmiyyǝt d

İran prezidenti Hǝsǝn Ruhani İraqın tǝhlükǝsizliyi vǝ sabitliyinin ölkǝsi üçün böyük ǝhǝmiyyǝt daşıdığını bildirib.
İraq prezidenti Fuad Mǝsum Tehrana sǝfǝri zamanı Hǝsǝn Ruhani ilǝ bir araya gǝlib.
İki lider tǝşkil etdiklǝri birgǝ mǝtbuat kofransında ölkǝlǝri arasındakı ǝmǝkdaşlığın inkişafını vurğulayıblar.
Ruhani deyib ki, görüşdǝ İraqın sabitlik vǝ tǝhlükǝsizliyi mövzusunu müzakirǝ etdik. Bu ölkǝnin tǝhlükǝsizliyini öz tǝhlükǝsizliyimiz kimi görürük.
Ruhani Yǝmǝn mǝsǝlǝsinǝ dǝ toxunaraq deyib ki, Yǝmǝn artıq siyasi vǝ regional bir mövzu deyil, bütün ölkǝlǝri ǝlaqǝdar edǝn bǝşǝri mövzuya çevrilmişdir. Yǝmǝn xalqının tǝcili olaraq tibbi, ǝrzaq vǝ dǝrmana ehtiyacı var. Bu mǝsǝlǝni dǝ görüşümüz zamanı müzakirǝ etdik.
İraq prezidenti Fuad Mǝsum isǝ terror tǝşkilatı DEAŞ-a qarşı edilǝn ortaq mübarizǝni xatırladaraq deyib ki, göstǝrdiyi kömǝkliyǝ görǝ İrana minnǝtdarıq. İran qaçqınlara etdiyi yardımlarla yanaşı İraq xalqına vǝ ordusuna DEAŞ ilǝ mübarizǝ mövzusunda da dayaq oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr