"Əl-Qaidə"nin lideri öldürülüb

Fransanın yumor jurnalı “Charlie Hebdo”ya təşkil edilən hücumu boynuna götürən, bunu video-məlumatla açıqlayan, Yəmənin "Əl-Qaidə" terror təşkilatının əsas lider və ideoloqlarından biri olan Nasir ibn Əli Əl-Ansi öldürülüb.

266409
"Əl-Qaidə"nin lideri öldürülüb

  Təşkilat tərəfindən verilən məlumatda Əl-Ansinin ABŞ-a məxsus insansız hava vasitəsilə Yəmənin Mukalla şəhərində öldürüldüyü bildirilib. Hücum zamanı Nasir ibn Əli Əl-Ansi ilə birlikdə olan oğlu və 6 "Əl-Qaidə" terrorçusu da öldürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr