Ukrayna da Dağlıq Qarabağ seçkilərini tanımır

Ukrayna Xarici İşlər Nazirliyindən verilən məlumata görə, “Ukrayna 3 mayda Azərbaycanın Yuxarı Qarabağ bölgəsində edilən sözdə parlament seçkilərini tanımır, bu hərəkəti qeyri-qanuni hesab edir və Azərbaycanın işğal altındakı torpaqlarında seçkilərin hər hansı bir hüquqi nəticə doğurmayacağına inanır”.

262835
Ukrayna da Dağlıq Qarabağ seçkilərini tanımır

  Şərhdə Ukraynanın Dağlıq Qarabağ probleminin Azərbaycanın beynəlxalq cəmiyyət tərəfindən qəbul edilən sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilərək, sülh yoluyla həll edilməsinin tərəfdarı olduğu yazılır.

  Qeyd edək ki, Yuxarı Qarabağdakı seçkini Azərbaycan və Türkiyədən başqa ABŞ, Avropa İttifaqı və Gürcüstan da tanımayacaqlarını bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr