Əfqanistanda Baş Prokurorluq avtomobilinə bombalı hücum olub

Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 13-ü yaralanıb

261074
Əfqanistanda Baş Prokurorluq avtomobilinə bombalı hücum olub

Əfqanıstanın paytaxtı Kabildə, içində prokurorluq işçiləri olan avtomobilə bombalı hücum olub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 13-ü yaralanıb. Ölən adamın Baş Prokurorluğun işçisi olduğu açıqlanıb. Xəstəxanaya qaldırılanların isə vəziyyəti ağırdır. Partlayış nəticəsində yaxınlıqdakı binalara ziyan dəyib, yollar bağlanıb. Bu arada, NATO-ya aid pilotsuz hava gəmisinin ölkənin şərqində təşkil etdiyi hücum nəticəsində 12 terrorist öldürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr