Suriyada böyük ittifaq

Suriyada 15 müxalif qrup birlәşib.

259363
Suriyada  böyük  ittifaq

Suriyada 15 silahlı müxalif qrup, terror təşkilatı YPG-nin Hələb şəhərindəki pozuntuları və törәtdiyi hadisәlәrә qarşı mübarizә mәqsәdiylә ittifaq yaradıb.
Birlәşәn Qruplar tәrәfindәn yayılan açıqlamada, şəhərdəki Şeyx Mәqsud Məhəlləsi sakinlərinin istәyinә görә birlәşmә qәrarına gәlindiyi bildirilib.
Açıqlamada deyilib ki, "YPG-nin davam edәn hücumları qarşısında Kürd və Ərəblərdən ibarət səmt sakinləri can təhlükəsizliklərini, haqq və qürurlarını qorumamız üçün bizdən kömək tələb edib". Birləşən qruplar, YPG qüvvәlәrinә, xalqa pislik edən mənsublarını tәhvil vermәlәri üçün "Bu gecəyə qədər" möhlət verir.
Şeyx Mәqsud sakinləri "YPG birliklərinin məhəllə sakinlərindən Ərəb bir qadının zorla hecabını açdırıb və evini də qərargah olaraq istifadə etmәsi sәbәbinә görә dünən etiraz aksiyası keçirmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr