İraq bombalı hücumlarla sarsıldı

Bağdad və Diyalәdә dinc sakinlәr, Feәllucәdә isә təhlükəsizlik qüvvәlәri hәdәf götürülüb.

259340
İraq bombalı hücumlarla sarsıldı

Bağdad və Diyalәdә dinc sakinlәr, Feәllucәdә isә təhlükəsizlik qüvvәlәri hәdәf götürülüb.
Bağdadda şiəlәrin sıx yaşadıqları bir məhəllədә hәyata keçirilәn intihar hücumunda 17 nәfәr hәyatını itirib, 30 nәfәr yaralanıb.
Diyalәdә yola buraxılan bir bombanın partlaması nəticəsində 5-i qadın, 2-si uşaq olmaqla 7nәfәr ölüb.
Fəllucә yaxınlarında təhlükəsizlik qüvvәlәrininin hәdәf götürüldüyü hücumda isə 12 hәrbçi hәyatını itirib.
Yezidi millət vəkili Mahma Xәlil-in mәlumatına görә DEAŞ Avqust ayında oğurladığı Yәzidi vətəndaşlardan daha 25-ni qәtl edib.
Digər tərəfdən Bağdadda iraqlı həmkarı Heydər Abadi ilә görüşən Kanada Baş naziri Stephen Harper (Sıtefın Harpır) DEAŞ-a qarşı mübarizә üçün daha 139 milyon dollar yardım edәcәklәrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr