Avropada irqçilik əleyhinə nümayişlər

Avstriyanın paytaxtı Vyana və Almaniyanın paytaxtı Berlində minlərlə adam irqçilik əleyhinə etiraza qalxıb.

257146
Avropada irqçilik əleyhinə nümayişlər

  Vyanada təxminən 4 min adam irqçilik əleyhinə küçələrə toplaşıb.

  Avstriya Sosial Demokrat Gənclər Dərnəyi tərəfindən təşkil edilən mitinqdə "irqçiliyə yer yoxdur", "faşistlər rədd olsun" və "Pegidaya xeyr" kimi yazılı plakatlarla çıxış ediblər.

  Almaniyanın paytaxtı Berlində də ənənəvi olaraq 1 May əvvəli təşkil edilən nümayişdə "sosial təcrid" və "irqçilik" hərəkətlərinə etiraz bildirilib.

  Türkiyəlilərin sıx yaşadığı Vedinq (Wedding) səmtində yığışan qrup da "irqçiliyə və ictimai təcridə qarşı özünü topla", "faşistlər üçün gələcək yoxdur" kimi yazılarla faşizm və kapitalizm əleyhinə şüarlar səsləndiriblər.

  Nümayişin olduğu yollara baxan evlərdəki vətəndaşlar da balkon və pəncərələrindən asdıqları plakatlarla çıxışçılara dəstək verdiklərini bildirirdilər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr