İraq vǝ Suriyada terror tǝşkilatı DAİŞ ilǝ mübarizǝ davam edir

Döyüş tǝyyarǝlǝri İraq vǝ Suriyadakı DAİŞ hǝdǝflǝrinǝ 8 ayda 3200 hava zǝrbǝsi endirib.

243592
İraq vǝ Suriyada terror tǝşkilatı DAİŞ ilǝ mübarizǝ davam edir

İraq vǝ Suriyada terror tǝşkilatı DAİŞ ilǝ mübarizǝ davam edir.
Beynǝlxalq koalisiya qüvvǝlǝrinǝ mǝxsus döyüş tǝyyarǝlǝri İraq vǝ Suriyadakı DAİŞ hǝdǝflǝrinǝ 8 ayda 3200 hava zǝrbǝsi endirib.
Әmǝliyyatlarda bu günǝ qǝdǝr DAİŞ-ǝ mǝxsus 5780-dǝn artıq hǝdǝf mǝhv edilib.
Hava zǝrbǝlǝri nǝticǝsindǝ DAİŞ İraqda nǝzarǝtindǝ olan bölgǝlǝrin 25-30 faizini itirib.
Ayrıca İraq qüvvǝlǝri önǝmli bir çox bölgǝni geri qaytarıb.
Suriyada isǝ ölkǝ daxilindǝki qalmaqal davam edǝrkǝn Bǝşǝr Әsǝd ölkǝdǝ DAİŞ-in irǝlilǝyişindǝ tǝşkilata gizli dǝstǝk verdiyi iddialarını qǝbul etmǝyib.
Digǝr tǝrǝfdǝn Liviyadakı Tobruk hökumǝtinin baş naziri Abdullah ǝs-Sǝni ǝfiopiyalı olduğu bildirilǝn 30 işçinin terror tǝşkilatı DAİŞ tǝrǝfindǝn qǝtlǝ yetirilmǝsini pislǝyib.
Liviyanın paytaxtı Tripolidǝ isǝ uzun müddǝtdir bağlı olan İspaniya Sǝfirliyinin qarşısında bomba partladığı vǝ xǝsarǝt alanlar olduğu bildirilib.
Bombanın DAİŞ üzvü terrorçular tǝrǝfindǝn yerlǝşdirildiyi aşkarlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr