Rusiya və Ukrayna razılığa gəliblər, amma…

Ukraynadakı atəşkəs məsələsi Almaniyanın paytaxtı Berlində müzakirə edilib.

236264
Rusiya və Ukrayna razılığa gəliblər, amma…

  Almaniya, Fransa, Rusiya və Ukraynanın Xarici İşlər nazirləri bir araya gələrək görüşdə Minsk müqaviləsinin həyata keçirilməsi, Ukraynada atəşkəs prinsiplərinin qorunması, ölkənin şərqinin ağır silahlardan təmizlənməsi və tankların bölgədən geri çəkilməsinin sürətləndirməsindən danışıblar.

  Almaniyanın Xarici İşlər naziri Frenk Volter Ştaynmayer (Frank-Walter Steinmeier) mətbuata verdiyi açıqlamada Rusiya və Ukrayna cəbhə xəttində silah məsələsilə bağlı razılığa gəldiklərini bildirib və bugünkü vəziyyətdə Minsk razılaşmasından başqa alternativ olmadığını söyləyib.

  Amma Avropada diplomatik müzakirələrin getdiyi bir zamanda Ukraynanın şərqindən qarşıdurma xəbərləri gəlib: Rusiya tərəfdarlarının hücumları nəticəsində son 24 saatda Ukraynada 6 əsgər ölüb.

  Bu arada qeyd edək ki, Kanada hökuməti Ukraynaya 200 əsgər göndərəcəyini, hərbçilərinin təlim və manevr vəzifələrini boynuna götürəcəyini və Ukraynada amerikalı əsgərlərlə yaxın əməkdaşlıq şəraitində çalışacaqlarını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr