İraq ordusu ölkəni DAİŞ-dən təmizləyir

İraq ordusu 2 bölgəni terror təşkilatı DAİŞ-dən qurtardı, ancaq ölkənin ən böyük neftayırma zavodunun olduğu Beycidə qarşıdurmalar hələ də davam edir.

236594
İraq ordusu ölkəni DAİŞ-dən təmizləyir

  Beycidə bu günə qədər 20-dən çox DAİŞ üzvü tərksilah olunub, Ramadi yaxınlığında 60 terrorçu öldürülüb, ağır silah yüklü 4 maşın isə yararsız hala gətirilib.

  Bu arada, DAİŞ-lə mübarizə edənlərə təlim məqsədli hərbi personal göndərən ölkələr sırasına Avstraliya və Macarıstan da qatılıb. Avstraliya 300, Macarıstan isə 150 əsgər göndərəcəyini bildirib.

  İraq ordusunun DAİŞ-ə istiqamətli hərbi əməliyyatları davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr