İraq vә Suriyada DEAŞ-a ağır zәrbә

İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı mübarizә davam edir.

233910
İraq vә Suriyada DEAŞ-a ağır zәrbә

İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı mübarizә davam edir.
Amerika Birləşmiş Ştatları liderliyindəki beynəlxalq koalisiyanın təyyarələri DEAŞ mövqelәrinә istiqamətli Suriyada 8, İraqda 9 hücum hәyata keçiriblәr.
Avia hücumlarda Suriyanın Haseki və Kobani şəhərləri, İraqda isə Beyce, Mosul və Fəlluca yaxınlarındakı DEAŞ mövqelәri bombalanıb.
Mәlumata görә Anbar vilayətinin paytaxtı Ramadidә isә İraq ordusu ilə DEAŞ silahlılar arasında sıx qarşıdurmalar yaşanır.
Şəhərin şimalında bəzi bölgələrә nәzarәti ələ keçirən təşkilat, strateji әhәmiyyәtә sahib bir körpüyə də bomba yüklü avtomobillə hücum təşkil edib.
İraq Baş naziri Heydər El İbadi də Anbara xeyli miqdarda silah və sursat göndərilməsi tәlimatını verib.
Qeyd edәk ki, paytaxt Bağdad və yaxınlarında təşkil edilən bombalı hücumlarda 9 adam həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr