Ukraynada Nasist və Kommunist rejimi təbliğatına son

Ukrayna Parlamenti Nasist və Kommunist rejiminin təbliğatını və simvolların istifadəsini qadağan edib.

232833
Ukraynada Nasist və Kommunist rejimi təbliğatına son

  Əlaqədar prospekt adları, bayraq, abidə və lövhələr də yasaq siyahısına düşüb.

  450 üzvlü Ukrayna Parlamentində keçirilən səsvermədə 254 millət vəkili qadağanın lehinə səs verib.

  Qanunun qüvvəyə minməsi üçün prezident Petro Poroşenko tərəfindən təsdiqlənməsi lazımdır.

  Qanun "totalitar Kommunist və Nasist rejimlərini" qınayır və zülmlərinin inkarını qadağan edir.

  Simvolların istehsalı, paylanması və ictimai yerlərdə istifadəsi də yasaqlanıb. Hətta qəbiristanlıqlarda olan simvollar belə qadağa əhatəsinə daxildir. Təhsil və elmi məqsədli istifadələr isə istisnadır.

  Qanunu pozanları 5-10 il arası həbs cəzası gözləyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr