Aİ-nin Şərqi Əməkdaşlıq Komissiyası Azərbaycandadır
Paytaxt Bakıda görüşlərdə olan Avropa İttifaqının Yaxın Qonşuluq Siyasəti və Genişlənmə Müzakirələri üzrə komissarı Johannes Hahn Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
231737

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətndən danışılıb və insan hüquqları mövzusuyla bağlı fikir və nümayiş azadlığı məsələlərinə toxunulub.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da öz növbəsində Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi mövqe tutması lazım olduğunu bildirib.
Mövcud vəziyyətin “qəbul edilbilməz” olduğunu vurğulayan Məmmədyarov “Münaqişənin həlli yolu Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasıdır” deyib.
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.