Obamadan Misirə hərbi yardımlar üçün icazə

Amerika Birləşmiş Ştatlarında Misirə hərbi yardımların önü açılır.

290317
Obamadan Misirə hərbi yardımlar üçün icazə

  Raibatul Adəviyyə meydanında mindən çox nümayişçinin öldürülməsindən sonra təxirə salınan yardımlar təkrar başlayır. Artıq 12 F-16 təyyarəsi, 20 Harpoon mərmisi və təxminən 125 M1A1 tank təçhizatı Misirə göndərilir.

  Ağ Evdən edilən şərhə görə prezident Barak Obama ilə Misir prezidenti Abdulfəttah Əs Sisinin telefon danışığından sonra bu qərara gəlinib.

  Obama Abdulfəttaha “ABŞ büdcəsindən Misirə bu il üçün 1,3 milyard dollarlıq hərbi yardım ayırmaq icazə verilməsini istəyəcəyini” bildirib.

  Barak Obama bu məsələni də nəzərə çatdırıb ki, “Amerika Birləşmiş Ştatları Misirdə davam edən kütləvi həbs tədbirlərinə narahatdır, ölkədə nümayiş azadlığına imkan verilməlidir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr