Özbəkistanda prezident seçkiləri başa çatıb

Özbəkistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb.

287251
Özbəkistanda prezident seçkiləri başa çatıb

Özbəkistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası açıqlama verib.
Martın 29-da keçirilən seçkilərdə Özbəkistandakı bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edib.
Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib ki, seçki prosesində ölkə üzrə 14 dairə və 9 mindən artıq seçki məntəqəsi, xarici ölkələrdə isə 44 məntəqə fəaliyyət göstərib. Seçki prosesini 43 ölkədən və 5 beynəlxalq təşkilatdan 300-dən çox müşahidəçi izləyib.
Komissiya sədri bildirib ki, səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicidən 18 milyon 928 min nəfəri səs verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr