Avropaya macəralı miqrasiya axınları

Qaçqın immiqrantlar artıq Avropa İttifaqı ölkələrinə üz tutur.

282474
Avropaya macəralı miqrasiya axınları

  2014-cü ildən bu yana 276 mindən çox adam qeyri-qanuni yollarla Avropa İttifaqı ölkələrinə köç edib. Xüsusilə Balkanlar üzərindən qaçanların sayı artaraq 43 mini keçib.

  İnsan qaçaqçıları Yunanıstandan gələn afrikalı immiqrantları dağ-dərə yollarıyla Avropa İttifaqına açılan qapı Macarıstana gətirirlər.

  Günlərlə davam edən bu macəralı səfərdə qadınlar və uşaqlar daha çox əziyyət çəkirlər.

  Yollarda qarşılaşılan vəziyyətlərə görə marşrut dəyişdirən qaçqın immiqrantlar açıq havada dəlmə-deşik çadırlarda gecələməli olurlar. Səfərin çətinliklərinə dözməyənləri geriyə - Yunanıstana göndərirlər.

  Bu ilin ilk 2 ayında 22 min qaçqın artıq Macarıstana qədər gəliblər.

  Beləliklə, öz ölkələrində vəziyyət ağırlaşdıqca dünyanın hər yerinə, o cümlədən Avropa ölkələrinə müxtəlif qeyri-qanuni yollarla axışan qaçqınların sayı artır. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr