Ləşkəri İslam Tәşkilatına ağır zәrbә

Əl-Qaidə ilə әlaqәli Ləşkəri İslam təşkilatı hәdәflәri bombalanıb.

280126
Ləşkəri İslam Tәşkilatına ağır zәrbә

Pakistanda Ləşkəri İslam Tәşkilatına əməliyyat tәşkil edilib.
Amerika Birləşmiş Ştatlarına mәxsus pilotsuz tәyyarәlәr Əfqanıstan- Pakistan sərhədində Əl-Qaidə ilə әlaqәli Ləşkəri İslam təşkilatı hәdәflәrini bombalayıblar.
Pakistanın Peşaver əyalətində, Əfqanıstan sərhədinə yaxın mәsafәdә yerlәşәn Nasyan bölgəsinə təşkil edilən aviazәrbә nәticәsindә təşkilat üzvü 13 nәfәr hәyatını itirib.
Pakistan təhlükəsizlik qüvvələrinin mәlumatına әsasәn, tәşkilat hadisәdәn әvvәl, yeni bir intihar hücumu hәyata keçirmәyә hazırlaşırdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr