Vaşinqtonun Tehrana bayram təbrikində belə yenə nüvə müzakirəsi

ABŞ-ın prezidenti Barak Obama Novruz bayramı münasibətilə İran xalqına video-təbrik ünvanlayıb.

273033
Vaşinqtonun Tehrana bayram təbrikində belə yenə nüvə müzakirəsi

  Obama təbrikdə “Nüvə müzakirələrində tərəflər arasında hələ də bəzi anlaşılmazlıqlar olmasına baxmayaraq, iki ölkə arasındakı əlaqələri yaxşıya çevirəcək bir razılaşmanın uzaq olmadığı ümidindəyəm” söyləyib.

  ABŞ prezidenti "Ölkələrimizin bu problemi sülh yolu həll etməsi üçün tarixi bir fürsətə ehtiyacı var və biz bu fürsəti qaçırmamalıyıq" deyib.

  Xatırladaq ki, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çinin nüvə proqramıyla bağlı İranla etdiyi müzakirələrin icra və anlaşma müddəti bu ay sonunda bitir.

  İsveçrənin Lozanna şəhərində davam edən müzakirələrdə İran Xarici İşlər naziri Cavad Zərif artıq son mərhələyə gəlindiyini desə də, Amerikanın dövlət katibi Con Kerri (John Kerry) əksinə "prosesin çox çətinliklə davam etdiyini" bildirib.

  Bağlanılması istənilən müqaviləyə görə, İran nüvə fəaliyyətlərinə məhdudiyyət qoyarsa, ölkəsinə tətbiq olunan sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq. Amma İran sanksiyaların mərhələli deyil, birdəfəlik aradan qaldırılmasını şərt kimi qoyur.

  İranın "Texniki mövzularda 90 faiz razılığa gəlmişik” sözlərinə də Avropa münasibət bildirərək “bunun belə olmadığı” cavabını verib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr