Tunisdə qanlı hücum: 19 turist hәyatını itirib

Milli Bardo Muzeyinə silahlı qrup tәrәfindәn edilәn hücum nәticәsindә 17-si xarici turist olmaqla 19 nәfәr hәyatını itirib.

271527
Tunisdə qanlı hücum: 19 turist  hәyatını itirib

Tunisdə hər gün yüzlərlə adamın ziyarət etdiyi Milli Bardo Muzeyinə silahlı qrup tәrәfindәn edilәn hücum nәticәsindә 17-si xarici turist olmaqla 19 nәfәr hәyatını itirib.
Ölən turistlərin arasında Almaniya, İtaliya, İspaniya və Polşa vətəndaşlarının olduğu bildirilir.
Təcavüzkarlar Muzeyә hücumdan sonra aralarında uşaqların da olduğu çox sayda turisti girov götürüblәr. Girovlar tәhlükәsizlik qüvvәlәrinin bir neçә saat davam edәn әmәliyyatı nәticәsindә xilas edilәrkәn, baş verәn toqquşmada 2 təcavüzkar ilə bir polis işçisi həyatını itirib.
Parlament binasının yaxınlığında yerlәşәn Muzeydəki hücum, millət vəkillərinin anti-terror qanun layihәsini müzakirә etdiklәri zaman hәyata keçirilib. Hadisədәn sonra parlament işlәri dayandırılıb vә bina tәxliyә edilib.
Hücum zamanı 200 qədər ziyarətçinin olduğu Bardo muzeyi, Türk turistlərin də marağını cәlb edәn əhəmiyyətli abidәlәrdәn biridir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr