DAİŞ-in nәzarәtindәki məntəqələrә bomba yağdırılır

Peşmərgənin terrorçularla mübarizəsi davam edir.

268145
DAİŞ-in nәzarәtindәki məntəqələrә bomba yağdırılır

DAİŞ-ə qarşı hava hücumları davam edir.
Beynəlxalq koalisiya güclərinə məxsus qırıcı təyyarələr Suriyadakı Haseke və Kobaniyə yaxın ərazilərdəki DAİŞ məntəqələrinә bomba yağdırıblar.
İraqda isə peşmərgənin terrorçularla mübarizəsi davam edir.
Kürd əsgərlər Kərkükün cənubunda yer alan Vəhdə, Səəd və Halid kəndlərini koalisiya güclərinin köməkliyi ilə DAİŞ qruplaşmasından təmizləyə bilib.
Tikrit şəhərini ələ keçirmək üçün başladılan əməliyyatları dayandıran İraq höküməti isə daha böyük dəstəyə ehtiyacı olduğunu açıqlayıb.
Yeri gəlmişkən ABŞ-nın prezidenti Barak Obamanın DAİŞ-ə qarşı beynəlxalq koalisiyadakı xüsusi təmsilçisi Con Elin İraqa verdikləri hərbi dəstəyin davam edəcəyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr