ABŞ Ukrayna hadisələrində Rusiyanı qınayır

Birləşmiş Ştatları Senatı Xarici Əlaqələr Komitəsinin Ukrayna ilə əlaqədar iclasında Ukraynada minlərlə insanın ölümündə Rusiyanın məsuliyyət daşıdığı müzakirə obyekti olub.

257527
ABŞ Ukrayna hadisələrində Rusiyanı qınayır

  İclasda danışılıb ki, bölgədə Kremlin ixtiyarında olan Rusiya tankları və ağır silahlar, rusların maliyyəsilə idarə olunan döyüşçülər var.

  Senatın iclasında Krımın işğal altında olması fikrinə diqqət çəkilərək insan hüquqları pozuntularının da olduğu söylənilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Ukraynanın şərqində meydana gələn qarşıdurmalarda keçən ilin aprelindən bu günə qədər 6 mindən çox insan həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr