İŞİD-in nәzarәtindәki neft zavotları dağıdılıb

Suriyada İŞİD-in nәzarәtindәki bölgəyə bomba yağdırılıb.

254135
İŞİD-in  nәzarәtindәki  neft  zavotları  dağıdılıb

ABŞ-nın başçılığındakı koalisiya qüvvәlәrinә mәxsus qırıçcılar Suriyada İŞİD-in nәzarәtindәki bölgəyə aviazәrbә tәşkil ediblәr.
Türkiyə sərhədinə yaxın Tel Abyad qəsəbəsinin şimalındakı zavodların hədəf götürüldüyü hücum nәticәsindә ən az 30 nәfәr hәyatını itirib.
Ölənlərin arasında terror tәşkilatı İŞİD döyüşçülәri vә neft ayırma zavodu işçilәrinin olduğu bildirilir.
Aviazәrbәdәn sonra Tel Abyaddan tüstülər yüksələrkən, partlayış səslərinin eşidildiyi Suriya sərhədindəki Akçakalә rayonunun әtrafındakı bir çox ev və iş yerlərinin şüşələri qırılıb.
Koalisiyaya mәxsus təyyarələr, İŞİD-in neftdәn әldә etdiyi gәlirin qarşısını almaq üçün təşkilatın nәzarәtindәki zavodlara bomba yağdırır.
BMT, İŞİD-in neftdən gündә 850 min dollar ilə 1 milyon 600 min dollar gəlir әldә etdiyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr