"Qəzza şahid olduğum ən vəhşi darmadağındır", B.Q.Pedersen

İsrailin hava hücumlarından alt-üst olan Qəzzada abadlıq işləri davam edir.

250322
"Qəzza şahid olduğum ən vəhşi darmadağındır", B.Q.Pedersen

  Qəzzaya səfər edən Norveçin Xarici İşlər nazirinin müavini Bard Glad Pedersen bu işdə başqa ölkələrə də müraciət edərək öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb. Bu barədə Misirdə oktyabr ayında edilən Qəzzanın Abadlığı Konfransında qaldırılan məsələni xatırladaraq “Bəzi ölkələr 5,4 milyard dollarlıq yardıma dəstək olacaqlarını öhdələrinə götürmüşdülər, amma bu günə qədər heç nə edilməyib” deyib.

  Pedersen onu da vurğulayıb ki, "Qəzza şahid olduğum ən vəhşi darmadağındır. Onun yenidən abad olması üçün çox tələsməliyik”.

  Qeyd edək ki, İsrailin illərdir mühasirədə saxladığı Qəzzaya 7 iyul 2014-cü ildən başlanan 51 gün davam edən hücumları nəticəsində 2 mindən çox fələstinli ölüb, minlərlə bina uçulub, dağılıb.

  İsraillə bağlı digər xəbər də budur ki, İsrail rəhbərliyi 8 il sonra İsrail Qəzza bölgəsindən ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları idxal edəcək. İsrail rəhbərliyi buna əsas yəhudilik inancını gətirir və bildirir ki, “Bu il kənd təsərrüfatı fəaliyyətlərinin qadağan olunduğu “Sebat ili'dir”.

  Ordu sözçüsü “İsraillilərin ehtiyaclarının qarşılanması üçün 2007-ci ildən bu yana ilk dəfə olaraq gələn həftədən Qəzzadan kənd məhsullaru alacaqlarını” bildirib.

  Xatırladaq ki, İbrani təqviminə görə, 7 ildə bir dəfə "Sebat ili" təhvil olur və Yəhudilik inancında bu ildə bütün kənd təsərrüfatı fəaliyyətləri qadağan edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr