İraq ordusundan növbәti əməliyyat

İraq hәrbi qüvvәlәri Tikrit şәhәrinә doğru irәlilәyir.

243319
İraq ordusundan növbәti əməliyyat

İraq ordu qüvvələri, İŞİD-in nәzarәtindәki Tikrit şәhәrini geri almaq üçün әmәliyyat hәyata keçirilib.
27 mindən çox iraqlı əsgər və polisdәn ibarәt qoşun, ölkənin şimalındakı Tikrit şәhәrinә doğru üç fәrqli istiqamətdən irəliləyir.
Ağır texnika ilә yanaşı qısa mənzilli raketlәrin dә istifadə edildiyi əməliyyat, paytaxt Bağdadın şimalındakı Dour və ətrafında sıxlaşıb.
Eyni zamanda silahlı qüvvәlәrin baş komandiri dә olan İraq Baş Naziri Heydər Әl Abadi, əməliyyatı şəxsən Samarra şəhərindən idarə edir.
Abadi, hökumәtin әsas hәdәfi vətəndaşların təhlükəsizliyini təmin etməkdir deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr