32 polis vә әsgәr xalqın qarşısında güllənib

Terror təşkilatı İŞİD İraqda qırğın törәtmәkdә davam edir.

242614
32 polis vә  әsgәr xalqın qarşısında güllənib

Terror təşkilatı İŞİD İraqda qırğın törәtmәkdә davam edir.
Ölkənin müxtәlif yerlәrindә hәyata keçirilәn hücum və baş verәn qarşıdurmalarda, 44 nәfәr həyatını itirib. çoxlu adam bәdәn xәsarәti alıb.
Bağdadın şimalında yerlәşәn Balad Ruz qəsəbəsində bomba ilә tәzhiz edilәn avtomobillәrin partladıldığı hücumlarda 30 nәfәr ölüb, 115-i yaralanıb.
İŞİD mәnsubu silahlıların İraq təhlükəsizlik qüvvәlәri ilə şiəlәrin yığınak etdiyi Samarra yaxınlarındakı bir nəzarət mәntәqәsinә tәşkil etdiklәri bombalı hücum nәticәsindә isә 8 nәfәr hәyatını itirib, 16-sı yaralanıb.
Digәr tәrәfdәn Mosulun Şenqal qәsәbәsindә qarşıdurmalar davam edir.
İraqlı rәsmilәrin mәlumatına әsasәn, İDİŞ-in bölgəyə təşkil etdiyi hücumda bir əsgər ölüb, 4-ü yaralanıb.
İDİŞ silahlılar Anbar vilayətində, çoxu polis və hәrbçi olan 32 nәfәri xalqın qarşısında gülləlәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr