Türkmənistan və Əfqanıstan İŞİD-ə qarşı səfərbərlik elan etdilər

Qafqaz da təhlükədə

267615
Türkmənistan və Əfqanıstan İŞİD-ə qarşı səfərbərlik elan etdilər

  Türkmənistan mətbuatının yaydığı məlumata görə, hazırda Əfqanıstanla sərhəd ərazilər İŞİD-in hücumlarına məruz qalır.

  Yanvar ayının sonundan etibarən rəsmi Aşqabad ehtiyatda olan zabit və əsgərləri yenidən orduya çağırır.

  Türkmənistan Əfqanıstanın şimalında peyda olan və İŞİD-ə rəğbət bəsləyən nüfuzlu əfqan türkmən tayfa başçılarından narahatdır. Çünki buna bənzər təcrübəni Taliban məsələsində görüb.

  ABŞ Dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Deniel Rozenblyumun “Vaşinqton İŞİD təhlükəsinə qarşı region ölkələrini dəstəkləməyə hazırdır” açıqlaması ciddi təhlükənin mövcudluğundan xəbər verir.

  İŞİD artıq Yaxın Şərqdən kənarda dayaq nöqtəsi axtarır, ona görə növbəti hədəf Mərkəzi Asiya ölkələri, xüsusən Türkmənistan və Tacikistandır. Çünki bu ölkələr hərbi güc baxımından zəifdir.

  Ekspertlərə görə, İŞİD Mərkəzi Asiyaya doğru hərəkət edərsə, növbəti hədəfdə Qafqaz ola bilər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr