Livan, İordaniya və Fələstində həyat donub

Livan, İordaniya və Fələstində həyat donub

227225
Livan, İordaniya və Fələstində həyat donub

  Adı çəkilən ölkələrin bəzi bölgələrində qar yaşamı dayandırma nöqtəsinə gətirib.

  İordaniyanın cənubundakı Tafile bölgəsində qarın hündürlüyü 1 metri keçib.

  Ölkədə sığınacaq tapan 650 mindən çox Suriyalı soyuq həyatla mücadilə verir.

  Aramsız qar yağışı və sulara dönən buzlara görə 200 Suriyalı ailə çadırlarından başqa düşərgələrə köçürülüb.

  Bu arada İordaniyadanın Zatari düşərgəsində 3 çadırda elektrik sobasından yanğın çıxıb. 

  Livanın Akkar bölgəsində də yağan qardan ən çox Suriyalı qaçqınlar əziyyət çəkib.

  Fələstinin Qərbi Şəriyə bölgəsinin Ramallah şəhərini də hər tərəfdən qar bürünüb.

  Verilən məlumata görə, Livan, İordaniya və Fələstini təsiri altına alan soyuq hava kütləsi önümüzə gələn həftədən isinməyə başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr