Vyanada "Xocalı Qətliamı" mövzulu tədbir keçirilib

Avstriya-Türkiyə-Azərbaycan Dostluq Platforması Vyanada “Xocalı Qətliamı” mövzulu tədbir təşkil edib.

226544
Vyanada "Xocalı Qətliamı" mövzulu tədbir keçirilib

Avstriya-Türkiyə-Azərbaycan Dostluq Platforması Vyanada “Xocalı Qətliamı” mövzulu tədbir təşkil edib.
Terror təşkilatı “Asala” tərəfindən qətlə yetirilən Türk diplomatlarının anıldığı tədbirin açılışında, hücumlarda həyatını itirənlər üçün dualar oxunub.
Tədbirdə məruzəçi kimi iştirak edǝn Millətçi Hərəkət Partiyasının (MHP) İğdır millət vəkili Sinan Oğan, tarixdə dərin kədərlərlə üzləşən Türk millətinin bir sıra dırnaqarası hadisələrlə soyqırım törədən millət kimi tanıdıla bilməyəcəyini deyib.
Xocalı qətliamının milli bir məsələ olduğunu vurğulayan Oğan, bu məsələdə hər kəsi bir olmağa çağırıb.
Türkiyə-Azərbaycan Dostluq Platforması sǝdri Yardım Günəş də, Xocalıda bir gecǝdǝ 613 sakinin qǝtlǝ yetirildiyini vurğulayaraq deyib ki, ermǝnilǝrin yalan vǝ böhtanları ilǝ dünyanı daha çox aldatmalarına icazǝ vermǝyǝcǝyik.
Tǝdbirǝ Vyana Baş konsulu Tayyar Kağan Atay ilǝ Azǝrbaycandan 5 millǝt vǝkili vǝ çoxlu sayda vǝtǝndaş qatılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr