Putin Macarıstan səfərində "Türk Axını"ndan danışıb
Putin Macarıstan səfərində “Türk Axını”ndan danışıb
Rusiya dövlət başçısı Putin və Macarıstan baş naziri Viktor Orban iki ölkə arasında bu il müddəti bitəcək təbii qaz müqaviləsi barədə razılığa gəliblər.
Yeni anlaşmanın tamamlama işləri bitdikdən sonra imzalanacaq. Qeyd edək ki, Macarıstan təbii qazın 85 faizini Rusiyadan alır.
Putin bir günlük Macarıstan səfərində “Cənub Axını” və “Türk Axını” layihələri barədə də danışıb, “Cənub Axın” layihəsindən imtina etmədik, amma bəzi problemlər yaratdılar, ona görə Rusiya bu layihədən vaz keçmək məcburiyyətində qaldı. Amma “Cənub Axın” layihəsilə əlaqədar Rus və Macar ortaqlığında qurulan “South Stream Hungary” firması “Türk Axını” layihəsinin Macarıstan hissəsində iştirak edə bilər” deyib.
Rusiya lideri onu da söyləyib ki, “Qazın Türkiyədən Avropaya nəql edilməsi üçün hər cür dəstəyi verməyə, problemlərin həll edilməsi yolunda Bolqarıstan üzərindən belə qaz göndərməyə hazırıq”.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda qaçqın düşərgəsində baş verən yanğında uşaq ölüb
Yunanıstanın paytaxtı Afinanın şimalındakı qaçqın düşərgəsindəki yanğında bir uşaq ölüb.