Aralıq dənizində 2 min 100 qaçqın qurtarıldı

Aralıq dənizində 2 min 100 qaçqın qurtarıldı

219404
Aralıq dənizində 2 min 100 qaçqın qurtarıldı

  Liviya ilə İtaliya arasındakı Siciliya kanalında İtaliyanın sahil təhlükəsizlik qrupları 12 qaçaq gəmisindən gələn yardım siqnallarına köməyə gediblər və "ümidə səfər" edən 2 min 100 qaçqını suların cəngindən son anda qurtarıblar. İmmiqrantlar bölgəyə ən yaxın Lampedusa və Siciliya adalarındakı limanlara daşınıblar.

  Qurtarma əməliyyatı sürərkən yenə Livandan qaçqınlarla dolu gəmilərin yola çıxdığı xəbərləri gəlib.

  Xatırladaq ki, İtaliyanın sahil təhlükəsizlik qrupları keçən günlərdə də eyni bölgədə həyat savaşı verən 700 immiqrantı qurtarmışdılar.

  Son bir il içərisində isə 170 min qaçqın Avropaya getmək üçün İtaliyanın Afrikaya ən yaxın nöqtəsi olan Lampedusa adasına üz tutublar. Amma təkcə keçən il Afrikadan Avropaya dəniz yolu ilə gələn 3 mindən çox qaçqın həyatını sularda itirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr