Yunanıstanla Avro ölkələri arasında gərginlik artır

Yunanıstanla Avro ölkələri arasında gərginlik artır

216859
Yunanıstanla Avro ölkələri arasında gərginlik artır

  Yunanıstanda “kəmər sıxma siyasəti”nə qarşı durdurmaq vədi ilə iqtidara gələn Siriza (Syriza) hökumətinin Brüsseldə Avro bölgəsi maliyyə nazirləriylə olan görüşündən bir nəticə çıxmadı. Ölkənin maliyyə naziri Yanis Varufakis (Varoufakis) “19 avro ölkəsindən olan həmkarları ilə görüşdən razılıq təmin edilə bilmədiyini” söyləyib.
Yunanıstanın paytaxtı Afinada hökumətə dəstək üçün toplanan minlərlə adam “kəmər sıxma siyasəti” əleyhinə şüarlar səsləndirib.
  Siriza (Syriza) hökuməti BVF, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı üçlüyü tərəfindən verilən və fevral ayında bitəcək olan “qurtarma proqramı”na etiraz edir. Yunanıstan hökuməti bu proqramın uzadılmasını, “kəmər sıxma siyasəti”nin 30 faizinin qaldırılmasını və borc dəyişilməsi edlməsini istəyir. Amma Almaniya liderliyində olan Avro ölkələri bu istəkləri qəbul etmirlər.
  Tərəflər gələn həftə yenə Brüsseldə görüşəcəklər. Fevral ayının sonuna qədər razılaşma əldə edilməzsə, yəni Yunanıstan borclarını ödəyə bilməzsə, onun Avropa İttifaqından çıxarılması məsələsi gündəmə gələcək.
  Yunanıstan Syriza hökuməti borc tapmaq üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Çin və Rusiya ilə görüşməyi də planlaşdırır, bunun üçün ən az sentyabra qədər vaxt istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr