İranda baş prokurora qarşı sui-qәsd

Rәvansәr şәhәrinin baş prokuroru Qәnbәri işә getmәk üçün evinden çıxdığı vaxt üzlәşdiyi silahlı hücum nәticәsindә hәyatını itirib.

215429
İranda baş prokurora qarşı sui-qәsd

Rәvansәr şәhәrinin baş prokuroru Qәnbәri işә getmәk üçün evinden çıxdığı vaxt üzlәşdiyi silahlı hücum nәticәsindә hәyatını itirib.
Kirmanşah әyalәtinin polis rәisi Şәhriyar Heydәri İranın rәsmi xәbәr agentliyi olan “IRNA”ya verdiyi açıqlamada baş prokuror Qәnbәrinin yerlәşdirildiyi xәstәxanada hәyatını itirdiyini bildirib.
Cinayәtdә şübhәli bilinәn şәxsin yaxalandığını deyәn Heydәri cinayәtin sәbәbinin mәlum olmadığını qeyd edib.
Qeyd edәk ki, 47 min әhalisi olan Rәvanser şәhәri İran-İraq sәrhәdinә yaxın bölgәdә yerlәşir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr