İraq Almaniyadan yardım tәlәb edib

Heydər əl Abadi, Almaniyadan kəşfiyyat təşkilatı üçün texniki avadanlıq tələb edib.

213903
İraq Almaniyadan yardım tәlәb edib

İraq Baş naziri Heydər əl Abadi, Almaniyadan kəşfiyyat təşkilatı üçün texniki avadanlıq tələb edib.

Almaniyada davam edən 51-ci Münhen Təhlükəsizlik Konferasında çıxış edәn İraq baş naziri Əl Abadi kansler Angela Merkel ilə görüşdüyünü, həm silah, həm də kəşfiyyat xidmətində istifadə edilmәk üzrə texniki avadanlıq yardımı tələb etdiyini bildirib.
Ölkəsinin Almaniya kəşfiyyat təşkilatlarıyla güclü əlaqələrinin olduğunu deyәn Əl Abadi Merkelin yardım mövzusuyla maraqlanacağı barәdә söz verdiyini qeyd etdi.
Çıxışında İŞİD mövzusuna da toxunduğunu xatırladan El Abadi terror tәşkilatına qarşı mübarizәdә qәlәbә qazanacaqlarını vurğulayıb.
Türkiyənin də İŞİD-i təhdid ünsürü olaraq gördüyünü və İraqa güclü dәstәk verdiyini ifadә edәn İraq baş naziri Əl Abadi rәsmi Ankara ilә əməkdaşlığı irәli pillәlәrә qaldırmaq istәdiklәrini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr