Bombardman zamanı 2-si uşaq olmaqla 4 nǝfǝr ölüb

Suriyanın paytaxtı Dǝmǝşq müxalifǝt qüvvǝlǝrinin “katyuşa raketi” ilǝ hǝyata keçirdiyi hücumun qisasını almaq mǝqsǝdi ilǝ havadan bombalanır.

212358
Bombardman zamanı 2-si uşaq olmaqla 4 nǝfǝr ölüb

Suriyanın paytaxtı Dǝmǝşq müxalifǝt qüvvǝlǝrinin “katyuşa raketi” ilǝ hǝyata keçirdiyi hücumun qisasını almaq mǝqsǝdi ilǝ havadan bombalanır.
Bombardman zamanı 2-si uşaq olmaqla 4 nǝfǝrin öldüyü bildirilib.
Müxalifǝt qüvvǝlǝri isǝ, rejimin nǝzarǝtindǝki hǝrbi bölgǝlǝrǝ “katyuşa raketi” buraxır.
Partlayış sǝslǝrinin eşidildiyi şǝhǝrdǝ vәziyyәt gәrgindir.
Suriyanın rǝsmi xǝbǝr agentliyi SANA “terror” qrupları tǝrǝfindǝn atılan raket vǝ top mәrmilәrinin yaşayış mǝntǝqǝlǝrinǝ düşmǝsi nǝticǝsindǝ dinc ǝhalidǝn 8 nǝfǝrin xǝsarǝt aldığını bildirib.
Müxalif İslam Ordusu komandanı Zahran Alluş sosial şǝbǝkǝ- twitterdǝn yayımladığı açıqlamada hücumların Dәmәşqin Әsǝdǝ sadiq qüvvǝlǝrdǝn tǝmizlǝnǝnǝ qǝdǝr davam edǝcǝyini deyib.
Alluş iki gün öncǝ Dǝmǝşqdǝ rejim qüvvǝlǝrinǝ mǝxsus yerlǝri vuracaqlarını bildirǝrǝk, dinc ǝhali, diplomatik missiyalar vә tǝlǝbǝlǝrǝ hǝrbi zona, maşın vǝ nǝzarǝt nöqtǝlǝrinǝ yaxınlaşmamaları barǝdǝ xǝbǝrdarlıq etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr