Bakıda VI Uroonkoloji Qış Konqresi

Yanvarın 30-da Azərbaycan Tibb Universitetində (ATU) VI Uroonkoloji Qış Konqresi başlayıb

203451
Bakıda VI Uroonkoloji Qış Konqresi

  Beynəlxalq tədbir Azərbaycan və Türkiyə Səhiyyə nazirliklərinin, Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin birgə dəstəyi ilə Avrasiya Uroonkoloji Cəmiyyəti tərəfindən təşkil olunub.
Azərbaycan, Türkiyə, Almaniya, Polşa, ABŞ, Fransa və digər ölkələrdən olan 500-ə yaxın alim və mütəxəssislərin iştirak etdiyi konqresdə tibbin müxtəlif istiqamətlərində, xüsusilə urologiya və onkologiya sahələrində olan yeniliklər və eyni zamanda, problemlər müzakirə olunub.

  Qardaş ölkələrin mehriban münasibətlərindən danışan Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun elm, təhsil, səhiyyə və digər sahələrdə əlaqələrin səmərəli olduğunu vurğulayıb.

  Sonra müxtəlif mövzularda məruzələr dinlənilib. Məruzələrdə endoskopik, loporoskopik, transuretrol, robotik və s. üzrə cərrahiyyənin yeni metodları və son nailiyyətləri barədə məlumatlar verilib.

  Yanvarın 31-də başa çatacaq konqresdə 150-dək məruzə dinləniləcək, müzakirələr aparılacaq.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr