Liviya danışıqlarının ikinci turu

BMT-nin Liviyaya Dəstək Missiyasının bu ölkənin siyasi partiya təmsilçiləri ilə də görüşləri nəzərdə tutulur.

197356
Liviya danışıqlarının ikinci turu

Liviyada qarşıduran tərəflərin ölkədəki mövcud böhranı aradan qaldırmaq məqsədi ilə gercəkləşdirəcəyi dialoqun ikinci turu bu gün Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində başlayacaq.
BMT-nin bununla bağlı yaydığı acıqlamada deyilir ki, danışıqlarda ölkənin bələdiyyə və yerli təşkilat təmsilçiləri bir araya gələcək.
Açıqlamada o da bildirilir ki, sonrakı tarixlərdə BMT-nin Liviyaya Dəstək Missiyasının bu ölkənin siyasi partiya təmsilçiləri ilə də görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, Livya danışıqlarının ilk turu yanvarın 14-də keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr