Yunanıstanda parlament seçkilǝri

Yunanıstanda səssizlik günü başlayıb, artıq mitinqlǝr sona çatıb.

196336
Yunanıstanda parlament seçkilǝri

Yunanıstanda səssizlik günü başlayıb, mitinqlǝr sona çatıb.
Yanvarın 25-ə təyin olunmuş növbədənkənar parlament seçkilərinə bir sutkadan da az vaxt qalıb.
Sosioloji sorğunun nəticələrinə görə əsas müxalif partiya – SİRİZA (Radikal Sol Qüvvələrin Koalisiyası) liderlik edir. Onlar ölkəyə bir sıra dəyişiklikləri nəzərə alıb. Belə ki, sərt iqtisadi tədbirlərin ləğvini, büdcəni yenidən formalaşdırmağı və dövlət borclarının heç olmasa bir hissəsinin silinməsi üçün kredit təşkilatları ilə danışıqlar aparmağı vəd edirlər.
SİRİZA-nın əsas rəqibi olan hakim “Yeni demokratiya” partiyası isə həyəcan təbili çalır. SİRİZA-nın tərəfdarları artmaqda davam edir.
İlkin hesablamalara görə, partiya parlamentdə mütləq çoxluq qazana bilməyəcək və koalisiya üçün tərəfdaş axtarmaq məcburiyyətində qalacaq. Əgər onlar heç kimlə razılaşa bilməsələr, hökumətin təşkil olunması mandatı sayca ikinci partiyaya keçəcək. Bunun isǝ “Yeni demokratiya” partiyası olacağı fikri irǝli sürülür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr