Qaribaşvili:"Cəld və etibarlı kanallara ehtiyac var"

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi layihələr barəsində danışıb.

196345
Qaribaşvili:"Cəld və etibarlı kanallara ehtiyac var"

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunda ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi layihələr barəsində danışarkən bildirib ki, Cənubi Qafqaz regionuna Çindən Avropaya məhsul nəql etmək üçün cəld və etibarlı kanallar lazımdır.
Onun sözlərinə görə, belə bir kanallardan biri də hazırda tikintisi aparılan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir.
Qaribaşvili deyib ki, bu dəmiryolu Gürcüstanla Türkiyə arasında birbaşa marşrutu təmin edəcək və Avropa ilə Asiyanı bir-birinə bağlayacaq.
Gürcüstanın baş naziri onu da qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi həyata keçirildikdən sonra Çindən Avropa bazarlarına məhsul nəqlinin vaxtı azalacaq. Bununla da məsafə təqribən 7 500 kilometrədǝk qısalacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr