İranda "Charlie Hebdo"-nu dəstəkləyən qəzet bağlanıb

İran hakimiyyəti “Charlie Hebdo”-nu dəstəkləyən qəzetin bağlanmasına dair göstəriş verib.

188828
İranda "Charlie Hebdo"-nu dəstəkləyən qəzet bağlanıb

İran hakimiyyəti “Charlie Hebdo”-nu dəstəkləyən qəzetin bağlanmasına dair göstəriş verib. Buna səbəb müxalifət yönümlü “Mardom-e Emruz” qəzetində Fransa nəşrinə dəstək bildirən “Mən Çarliyəm” nişanı taxmış tanınmış aktyor Corc Kluninin şəklinin dərc edilməsi olub.
Qəzetin bağlanması haqqında məhkəmə qərarında amerikalı kinoaktyorun şəkli ədəbsiz adlandırılıb.
Qeyd edək ki, “Charlie Hebdo” nəşrində Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsi İranda böyük narazılıq doğurub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr