MİQMK yeni sədri Xalid əl-Xoca seçilib

Suriya Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyanın (MİQMK) yeni sədri Xalid əl-Xoca seçilib.

171157
MİQMK yeni sədri Xalid əl-Xoca seçilib

Suriya Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyanın (MİQMK) yeni sədri Xalid əl-Xoca seçilib. Hişam Mərvə isə rəqibi Nuqum əl-Qadiriyə qalib gələrək 56 səslə sədr müavini olub.
Xalid əl-Xoca sədr seçilmədən əvvəl Koalisiyanın Türkiyə nümayəndəsi vəzifəsində çalışıb.
Suriya xarici müxalifətinin ən böyük qruplaşmasının 18-ci Baş asambleyasının qapalı iclasında Xalid Xoca, rəqibi keçmiş Baş katib Nasr əl-Hәririni 6 səs fərqlə geridə qoyaraq 56 səslə sədr seçilib. Qərb ölkələri, Türkiyə və ərəb monarxiyaları dəstəkləyən Suriya Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyası Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını, həmçinin Suriyanın şimalında və cənubunda uçuşlar üçün qadağan olunmuş zona tətbiqini tələb edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr