Fələstin yenidən BMT-yə müraciət edəcək

Abbas, mənfi cavab alınacağı təqdirdə 3 hətta 4-cü dəfə belə müraciət edəcəklərini söyləyib.

171306
Fələstin yenidən BMT-yə müraciət edəcək

Fələstin rəhbərliyi keçən həftə rədd edilmiş “Müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan layihəni” Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yenidən təqdim etməyə hazırlaşır. Fələstin Dövlət Başçısı Mahmud Abbas, İordaniya ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yenidən müraciət etmə mövzusunun müzakirə etdiklərini bildirib. Abbas, mənfi cavab alınacağı təqdirdə 3 hətta 4-cü dəfə belə müraciət edəcəklərini söyləyib.
Qeyd edək ki, Şurada müvəqqəti üzv olan İordaniya, İsrailin 1967-cı il sərhədlərinin çəkilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan qanun layihəsini, BMT Təhlükəsizlik Şurasına təqdim etmişdi. Lakin, ABŞ və Avstraliyanın əleyhinə səs verdiyi qanun qəbul edilməmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr