Türkiyә ilә İran arasında seçimli ticarәt razılaşması

İqtisadiyyat naziri Nihat Zeybәkçi İranda rәsmi görüşlәr keçirib.

167527
Türkiyә  ilә İran arasında   seçimli ticarәt razılaşması

İqtisadiyyat naziri Nihat Zeybәkçi İranda rәsmi görüşlәr keçirib.
Nazir Zeybekci, Türkiyə ilə İran arasında imzalanan Seçimli Ticarət müqaviləsinin qüvvəyə mindiyi 1 yanvar 2015-ci il, "iki ölkə iqtisadiyyatı və qarşılıqlı ticarət baxımından tarixi başlanğıcdır" deyib.
Zeybәkçinin İrana sәfәri çәrçivәsindә bir araya gәldiyi İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi "11 illik danışıqlardan sonra müqavilənin həyata keçirilmәsini yüksәk qiymәtlәndiririk. Bu, iqtisadi əlaqələrimiz baxımından yeni bir dövr hesab edilir. Razılaşma, iki ölkə liderləri tərəfindən təyin olunan 30 milyard dollarlıq ticarət həcminə çatılmasına əhəmiyyətli töhvә verәcәk” deyә vurğulayıb.
İki nazir arasında baş tutan görüşdә bank sektoru və gömrükdə əməkdaşlıq ilə iki ölkə xüsusi sektorları arasında əməkdaşlığın güclәndirilmәsi və regional məsələlər dә müzakirə edilib.
İranlı nazir Vaizi, 15 Yanvarda Ankarada sәfәrdә olacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr